Hikmət xəzinəsindən ...

— Ağlamaq üçün gözdən yaşmı axmalı,
Dodaqları gülərkən insan ağlamazmı?
Sevmək üçün gözələmi baxmalı,
Pis vücudda gözəl ruh,qəlbi bağlamazmı?
Həsrət-bir sevgidən uzaqmı qalmaqdır,
Sevgilin yanindaykən hicran duyulmazmı?
Oğurluq-pul,dövlət,malmı oğurlamaqdır,
Səadət oğurlamaq oğurluq olmazmı?
Solmasi üçün gülü budaqdanmı üzməli,
Qönçəykən bir çiçək budaqda solmazmı?
Öldürmək üçün silah,bir xəncərmi olmalı,
Gülüş-güllə,saçlar-ip,göz-silah olmazmı?
(Viktor Hüqo)
Ardı →

Bob Marley

Dünyanın ən gözəl ritmi, onun səninçün döyünən qəlbidir.
Bəzi insanlar səni yaxşı anlayır, həm də çox yaxşı.Amma həmişə uzaqdadırlar.Xoşbəxt olmaq istəyirsən? Onda heç kimdən heç nə gözləmə.
Gördüyünü hər kəs sevər. Sən onda heç kimin görmədiyini tapmalısan. Əgər əsl sevgini istəyirsənsə, üzə düyil, qəlbə toxunmalısan.
Hərdən deyirlər ki, «Fikir eləmə, sonuna qədər yanındayam.» Bax, onların səni aldatdıqlarını arxadan vurduqlarında anlayırsan.
Fikir verməyin insanların:«Məni çox sevəcək birini axtarıram.»- deməsinə. Böyük bir sevgiyə məruz qaldıqda gizlənməyə yer axtarır hamısı.
Əgər bu həyatda mütləq birini dəyərləndirmək lazımdısa, sadəcə özünün dəyərini bil.
İnsanlar səni səhv başa düşdükdə bunu dərd etmə. Eşitdikləri sənin səsindi, amma ağlından keçirdikləri öz düşüncələridir.
Öz-özümlə danışdığım qədər kimsəylə danışmıram. Səbəbi dəlilik deyil, yalnız bilirəm ki, insanı ən yaxşı özü dinləyir.
Sən kimsən ki mənim yaşadığım həyatı mühakimə edirsən! Mən mükəmməl deyiləm və olmaq məcburiyyətində də deyiləm. Barmağın ilə məni işarə etmədən əvvəl, əllərinin təmiz olduğundan əmin ol!
İlk baxışda aşiq oldun oldun, yoxsa ikinci baxışda kimin nə mal olduğunu anlarsan.
Hər şey yolunda getmir bəzən. Nə edirsən et, düzəlmir yenə də. Ən çətini də bütün bunlara rəğmən gülümsəmək məcburiyyətində qalmaqdır.
Hər təsadüf bir başlanğıcdır. Finalda həmişə baş rolda sənsən. Pərdələri isə tale bağlayır.
Həyatımda heç kim yoxdur. Amma problem deyil. Çünki sən sevgini bəsitləşdirənlərdən, mənsə yalnızlığın haqqını verənlərdənəm. 
Həyatın dadını çıxara bilmirsənsə, dadını qaçıranları həyatından çıxar.
Yaşadığın həyatı SEV, sevdiyin həyatı YAŞA. 

Tərcümə etdi: Axundova Təhminə
Davamı →

Hikmət dənizi

* Əgər istəyirsən ki, ürəyin güzgü kimi saf və təmiz olsun, oradan 10 ünsürü: acgözlüyü, ikiüzlülüyü, paxıllığı, söyüş söyməyi, qəzəbi, təkəbbürü, qanunsuzluğu, riyakarlığı, kini və yalanı çıxar at. ( Ömər Osmanoğlu, 12-ci əsrdə yaşamış məşhur türk təbibi )

* Şöhrətə can atan şəxs ziyafətlərdən, naz-nemətdən və qadınlardan kənar gəzməlidir.

* Düşməndən gizlətdiyin sirri, dostuna da söyləmə.

* Uşağı bütə döndərmək olmaz, böyüdükdən sonra o, qurbanlar tələb edər.
Ardı →

Eşq və neft | Məhəmməd Əsədbəy

Povestin əsəs mövzuları: neft və beynəlxalq kapitalizm, dünya siyasətində onun rolu və hiylələri, emiqrasiya və qəriblikdə yaşamaq, adlı-sanlı gürcü ailəsindən çıxmış, inqilabi krizis nəticəsində Avropaya düşmüş bir qızın taleyi.


Əsərdən seçilmiş hissələr


Gözlərini yumdu və heç bir inqilabın ondan ala bilməyəcəyi yeganə şey — gəncliyi barədə fikrə daldı.


Pipinsonun açıq ağzından isə sakit donqultu eşidilirdi. Bu onda yüksək təəccüb əlaməti idi.


Deyirlər, sürgün çörəyi acı olur. Düz deyil. Sürgün çörəyi nə acı olur, nə şirin. Sürgün ölkəsində onlar üçün, ümumiyyətlə, çörək olmur.


Ardı →

1984 | Corc Oruell

«1984″ roman-antiutopiyada Oruell dünya birliyinin mümkün gələcəyini hamının nifrət və qorxu ilə dolu, dözülməz fiziki və mənəvi əsarət içində olacağı ierarxik totalitar rejim şəklində təsvir etmişdir. Hakim və yeganə partiyanın üzvü olan Uinston Smit quruluşa olan nifrətini yazmaq üçün haradansa bir gündəlik əldə edir, ancaq hər addımın izlənildiyi, daim telekranın obyektivində göründüyü bir mühitdə öz fikrini bircə cümlə ilə belə yazmaq acı işgəncələrə və ölüm hökmünə bərabər bir şeydir. Oruell əsərin adını onu qələmə aldığı 1948-ci ilin son rəqəmlərini dəyişməklə vermişdir.


Ardı →

Axmaqlıq haqqında

— Ən axmaq insan özünü hamıdan ağıllı biləndir (Hz.Əli ə.s.)
— Axmaq həmişə öndə dayanır ki,hamı onu görə bilsin,ağıllı isə həmişə arxada dayanır ki,hamını görə bilsin (Silva Karmen:Alman yazıçısı)
— Hətta dahiliyin də sərhədləri var,axmaqlıq isə heç bir sərhəd tanımır (Aleksandr Düma:Fransız yazıçısı)
— Axmaq yüksək vəzifədə olanda hamı onunla dahi kimi rəftar edir (Klod Adrian Helvetsi:Fransız filosofu)
Ardı →

Dostluq haqqında

— Qardaş dost olmaya bilər,amma dost həmişə qardaş olmalıdır (Bencamin Franklin:Amerika ictimai-siyasi xadimi)
— Dostluğun birinci şərti etibardır (Jan Labrüer:Fransız yazıçısı və filosofu)
— Mənfəət xatirinə qurulan dostluğa «alver» deyilir (Harold Laski:İngilis siyasətşünası)
— Müharibə igidi,qəzəb müdriki,ehtiyac isə dostu sınağa çəkir (Atalar sözü)
— Dostunun sağ ayağı axsayırsa,sən sol ayağınla axsa ki,dostluğunuz daim müvazinətdə olsun (Jül Renar:Fransız yazıçısı)
Ardı →